BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ayıq sürücü qəza törətdi

Bakının Nərimanov rayonunda avtomobil aşıb.

Pravda.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ayıq sürücü kimi fəaliyyət göstərən Seymur Ağayev idarə etdiyi "Chery" markalı avtomobillə hərəkət edərkən Ziya Bünyadov prospektində sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq körpüdəki yolayırıcı betona çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.APA

Tarix: 22 Sentyabr 2020, 07:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin