BURADA REKLAMINIZ OLA
BİLƏR

Çətir Əziz Əzizov üçün tutulmayıb – Suraxanı RİH-dən AÇIQLAMA - FOTO

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Əziz Əzizovun sosial şəbəkədə müzakirələrə səbəb olan fotosuna münasibət bildirib.

 

İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov Pravda.az-a açıqlamasında deyib ki, bu məsələni qabartmaq düzgün deyil.

 

B.Barxudarov qeyd edib ki, yağış yağanda, hər kəs çətirdən istifadə edir: “Orada olan şəxslərdən biri çətiri özü üçün tutub, fotodan elə görünür ki, çətiri Əziz müəllimin üçün tutub. Müəllim ona deməlidir ki, çətiri tutma? Buna görə hay-küy yaratmaq nəyə lazımdır ki? Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra mühüm işlər görüb, yollar, su-kanalizasiya xəttləri çəkilib. İcra başçısı insanların problemləri ilə maraqlanır, şəhid ailələrini ziyarət edir. Jurnalistlər görülən işləri qiymətləndirməlidirlər. Belə olanda yazılan yazı da oxunacaq. Biz həmişə jurnalistlərə hörmətlə yanaşmışıq”.

Fotoları təqdim edirik
Tarix: 20 Dekabr 2019, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin