BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dövlət universitetləri təhsil haqlarında güzəştə getmək istəmirlər"

"Dövlət universitetləri ödənişli təhsil alan tələbələrə təhsil haqlarında güzəştə getmək istəmirlər".

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

R.Ağayev qeyd edib ki, onlayn təhsil ailələr üçün əlavə xərclər də yaradıb: "Kompyuteri olmayan ailələr kompyuter almağa, keyfiyyətlisi olmayanlar daha yaxşısını almağa məcbur olublar. Keyfiyyətli internet üçün köhnə xəttini ləğv edib daha keyfiyyətli fiberoptik xəttə qoşulmaq üçün izafi xərcə düşən ailələr də tanıyıram. Ən azından bu illiyə 20-30% intervalında təhsil haqlarına güzəşt etsəniz, şəffaf olmayan, ictimaiyyətə açıqlamadığınız büdcəniz boş qalmaz ki? Nəzərə alın ki, bəzi xərclərə (məs, kommunal xidmətlərə, ezamiyyələrə, konfrans və tədbirlərin təşkilinə ) görə qənaət də olacaq..."

Tarix: 22 Sentyabr 2020, 21:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin