BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-nın saytının baş redaktoru işdən çıxdı - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

 

Pravda.az xəbər verir ki, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

 

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.

Fotoları təqdim edirik
Tarix: 23 Sentyabr 2020, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin