BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayev şeyxin səlahiyyətli nümayəndəsi olmuş şəxsi özünə müavin təyin etdi - FOTO

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Tural Əhmədovu (Tural İrfan) özünə yeni müavin təyin edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə R.Nurullayev özü məlumat verib.

 

O bildirib ki, partiyanın Siyasi Şurasında müzakirə edilib yekun qərar olacaq: “İnanıram ki, problem olmayacaq”.

Qeyd: T.Əhmədov ixtisasca  ilahiyyatçı, islamşünasdır.  Bir müddət ixtisası üzrə Bakı İslam Universitetində müəllim işləyib. Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsində səlahiyyətli nümayəndəsi olub. Yazıçılıq və jurnalistika fəaliyyəti ilə də məşğul olur, işğal edilmiş yurd yerlərimiz, Vətən şəhidlərimiz, vətənpərvərlik mövzusunda yazdığı səkkiz kitab müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. 2012-ci ildə Prezident tədaüdünə layiq görülüb. İlahiyyat sahəsində dini tolerantlıq, ənənəvi islam dəyərləri, islam və müasirlik, xurafatçılığın tənqidi, dinlərin ortaq nöqtələri və digər vacib mövzulara aid yüzdən çox məqalə və tədqiqatın, bir neçə elmi əsərin müəllifi, AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantıdır.

Fotoları təqdim edirik
Tarix: 23 Sentyabr 2020, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin