BURADA REKLAMINIZ OLA
BİLƏR

"Açıq deyirlər ki, Laçın və Kəlbəcəri girov kimi saxlayacağıq"

"Rusiyanın xarici işlər naziri deyir ki, Azərbaycanın işğal altındakı rayonlarından 5-nin qaytarılmasının və infrastrukturun bərpasının tərəfdarıdırlar. Açıq deyirlər ki, Dağlıq Qarabağdan savayı digər 2 rayonu - Laçın və Kəlbəcəri də girov kimi saxlayacağıq.
Açıq və şəffaf diplomatiya belə olur - nə istədiklərini üzümüzə açıq deyirlər".

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.


"Özünün bir vətəndaşına güllə atan ölkənin başına atom silahı atacaq qədər hikkəli dövlət başqa ölkənin işğal altındakı 20% torpağının necə, hansı şərtlə qaytarımasına öz keyfilə qərar verir" - R.Ağayev qeyd edib.

Tarix: 23 Sentyabr 2020, 20:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin