Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minib. Rəsmi açıqlamaya görə, vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla birdəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər.
Əvvəllər məhsul haqda məlumat təkcə əməkdaşlıq olunan daşıyıcı şirkətin hesabında yaradılırdısa, artıq DGK-nın yaratdığı “Smart Customs” mobil tətbiqində də sifariş edən fiziki şəxs tərəfindən sadələşdirilmiş bəyannamə təqdim olunmalıdır.
Pravda.az xəbər verir ki, bu məsələyə Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını cavablandırarkən aydınlıq gətirib.
Komitə “Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə, onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?” sualına belə cavab verib:
““Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir”.
Əvvəllər vətəndaşın daşıyıcı şirkətə göndərdiyi bəyannamə sifariş etdiyi məhsullar haqqında məlumat xarakteri daşıyırdı. Bu, gömrük bəyannaməsi ilə əlaqəsi olmayan, sadəcə mal haqqında məlumat idi ki. Yeni qaydaların tətbiqindən sonra artıq vətəndaş həm də gömrük haqqında bəyannamə təqdim etməlidir.
Dövlət Gömrük Komitəsi daşıma şirkəti üçün yazılan məlumatı deyil, mobil tətbiq vasitəsilə göndərilən gömrük bəyannaməsini əsas götürəcək. Vətəndaşlar bəyannaməni evdən çıxmadan, kompüter və ya mobil telefon vasitəsilə təqdimedə bilərlər.
Qeyd edilir ki, 300 dollarlıq limit keçilməsə belə, fiziki şəxs hər bir halda sifariş etdiyi məhsulu bu tətbiq vasitəsilə bəyan etməlidir.
DGK-nın “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinə əsasən, “Smart Customs” mobil tətbiqinə daxil olmaq üçün Azərbaycan vətəndaşları Asan İmza və Elektron İmza ilə yanaşı, “Fərdi identifikasiya nömrəsi”ndən (FİN) də istifadə edə bilərlər.
Xatırladaq ki, Nazirlər Kabinetinin 305 saylı qərarı ilə fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş ay ərzində şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni qərara görə, bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq internet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir.Qafqazinfo
19 May 00:47
19 May 00:01
18 May 22:42
18 May 22:03
18 May 21:34
18 May 21:07
18 May 20:29
18 May 19:28
18 May 19:25
18 May 19:06
18 May 18:52
18 May 18:45
18 May 18:33
18 May 18:17
18 May 18:15
18 May 18:10
18 May 18:08
18 May 18:05
18 May 17:51
18 May 17:41
18 May 17:34
18 May 17:03
18 May 17:01
18 May 16:47
18 May 16:34
18 May 16:33
18 May 16:24
18 May 16:23
18 May 16:20
18 May 16:16
18 May 16:09
18 May 16:07
18 May 16:01
18 May 15:54
18 May 15:42
18 May 15:38
18 May 15:35
18 May 15:26
18 May 15:07
18 May 15:02
18 May 14:51
18 May 14:47
18 May 14:46
18 May 14:42
18 May 14:35
18 May 14:33
18 May 14:17
18 May 14:15
18 May 14:11
18 May 14:10
18 May 14:06
18 May 13:55
18 May 13:43
18 May 13:39
18 May 13:36
18 May 13:35
18 May 13:30
18 May 13:28
18 May 13:23
18 May 13:23
18 May 13:18
18 May 13:13
18 May 13:10
18 May 13:06
18 May 13:05
18 May 13:04
18 May 13:01
18 May 13:00
18 May 12:59
18 May 12:55
18 May 12:47
18 May 12:46
18 May 12:30
18 May 12:17
18 May 11:58
18 May 11:56
18 May 11:51
18 May 11:50
18 May 11:46
18 May 11:41
18 May 11:36
18 May 11:30
18 May 11:26
18 May 11:19
18 May 11:13
18 May 11:06
18 May 11:03
18 May 10:52
18 May 10:41
18 May 10:35
18 May 10:33
18 May 10:14
18 May 10:06
18 May 09:55
18 May 09:52
18 May 09:48
18 May 09:43
18 May 09:34
18 May 09:31
18 May 09:23
18 May 09:18
18 May 09:11
18 May 09:10
18 May 09:07
18 May 09:05
18 May 09:03
18 May 09:01
18 May 08:55
18 May 08:53
18 May 08:47
18 May 08:44
18 May 03:27
18 May 01:59
18 May 01:52
18 May 01:47
18 May 01:45
18 May 00:10
18 May 00:08
18 May 00:02
17 May 23:18
17 May 22:40
17 May 22:34
17 May 20:19
17 May 19:54
17 May 19:07
17 May 19:00
17 May 18:57
17 May 18:46
17 May 18:44
17 May 18:37
17 May 18:35
17 May 18:33
17 May 18:31
17 May 18:28
17 May 18:26
17 May 18:24
17 May 18:21
17 May 18:19
17 May 17:49
17 May 17:40
17 May 16:49
17 May 16:47
17 May 16:45
17 May 16:15
17 May 16:09
17 May 15:43
17 May 15:26
17 May 15:04
17 May 15:02
17 May 15:01
Ən son xəbərləri səhifəmizdən də izləyin