BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda polis şöbəsinin rəisi və əməkdaşları saxlanıldı

Ermənistanın paytaxtı Yerevanın Nor Nork rayonunun Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin 3 əməliyyat müvəkkili iki şəxs barəsində işgəncələrin tətbiqində şübhəli bilinərək saxlanılıb.

 

Qeyd edilir ki, hadisə ilə bağlı həmçinin Nor Nork rayonunun Polis Şöbəsinin rəisi də saxlanılıb.

 

Məlumata görə, Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşı T.A.-nın (həmin şəxsin ad və soyadı tam açıqlanmır-red) həyat yoldaşı ilə mülki şəxs Vladimir Ohanyanın arvadı arasında şəxsi münasibətlər zəminində dava olub. V.Ohanyan Cinayət Axtarış Şöbəsinin əməliyyatçıları tərəfindən Nor Nork Polis Şöbəsinə aparılıb.

 

Eyni zamanda, hadisə ilə bağlı izahat tələb edən Vladimir Ohanyanın dostu Armen Kazaryan da polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılıb. Qeyd edilir ki, polis əməkdaşları şöbədə Ohanyanı və Kazaryanı döyüblər. Faktla bağlı cinayət işi qaldırılıb, ilkin istintaq davam edir.Report

 

Tarix: 27 Sentyabr 2020, 01:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin