BURADA REKLAMINIZ OLA
BİLƏR

Orta məktəblər koronavirusla əlaqədar iki həftəlik tətilə çıxır

Rusiya paytaxtında orta məktəblər koronavirusla əlaqədar iki həftəlik tətilə göndərilir.

Pravda.az-ın xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin əmr imzalayıb.

Əmrə əsasən, oktyabrın 5-dən 18-nə kimi Moskvanın orta məktəbləri iki həftəlik tətilə göndərilir.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur.

Sentyabrın 28-nə olan məlumata görə, sutka ərzində 8135 nəfər koronavirusa yoluxub. Moskva şəhərində gün ərzində COVID19-a yoluxanların sayı 1500 nəfərdən çox olub.APA

Tarix: 29 Sentyabr 2020, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin