BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məmur nəvəsinin mühafizəçisi dərslərə belə mane olur

Tanınmış jurnalist, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məmur nəvəsinin mühafizəçisinin dərslərə mane olmasından yazıb.

 

Pravda.az-ın xəbərinə görə, A.Nəcəfli deyib ki, oğlunun sinifinə bir qız gəlib, vəzifəli şəxsin nəvəsidir, məktəbə mühafizə ilə gəlir.

 

“Həmin mühafizə bununla bərabər dərsdə də oturur.. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da... Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimləri isə işdən çıxarılmadan qorxurlar!!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!!” – A.Nəcəfli qeyd edib.

 

Jurnalist məktəbin nömrəsini qeyd etməyib.

Tarix: 21 Dekabr 2019, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin