BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Olimpiya kompleksləri zənginlərin məkanına çevrilib”

Deputat Aqil Abbas bölgələrdəki çoxsaylı olimpiya idman komplekslərinin istifadəsi ilə bağlı narazılığını bildirib.

 

Pravda.az-ın xəbərinə görə, bir gün əvvəl Bakı Olimpiya Stadionunun konfrans zalında keçirilən ilin ən yaxşı idmançıları və idman xadimlərini mükafatlandırma mərasimində çıxış edib.

 

"Olimpiya kompleksləri zənginlərin məkanına çevrilib. Qiymətlər çox yüksəkdir. Ümumiyyətlə, təklif edirəm ki, hər icra başçısı bölgənin ölkə üçün inkişafına dair idmançılara bir plan hazırlasın. Əvvəllər pambıq yığmaq üçün plan hazırlanırdısa, indi belə planlardan idmançılar üçün də hazırlanmalıdır", - A. Abbas əlavə edib.

 

Qeyd edək ki, zalda ön cərgədə oturan idman nazirinin müavini İsmayıl İsmayılov deputata etiraz etməyə çalışıb.Virtualaz.org

Tarix: 21 Dekabr 2019, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin