BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan Ali Məclisinin buraxılması prosesinin qanunvericiliyə uyğun olub-olmadığı araşdırıldı

Dekarın 9-da Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan parlamentinə növbədənkənar seçkilərin keçirilməsi barədə sərancam imzalayıb.

 

Pravda.az xəbər verir ki,  “Fakt Yoxla” Naxçıvan Ali Məclisinin buraxılması prosesinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırıb.

 

Talıbov bu sərəncamı  prezident İlham Əliyevin Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının tələbləri ilə əsaslandırıb.

 

Azərbaycanın Konstitusiyasına görə, Ali Məclisin qəbul etdiyi Naxçıvan MR-nın Konstitusiyası və qanunları Azərbaycanın Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Naxçıvan MR-nın Konstitusiyası Azərbaycanın Milli Məclisinə prezident tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.

 

Azərbaycanın qanunvericilik sisteminə daxil olan aktların iyeararxiyasının müəyyən olunduğu Konstitusiyanın 148-ci maddəsinə əsasən, Naxçıvan MR-nın qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğundur. Azərbaycanın qanunvericilik sisteminə daxil olan aktlar və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə yanaşı, həm də Naxçıvan MR-nın Konstitusiyası və qanunları, Naxçıvan MR Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.

 

Naxçıvan MR-nın hazırkı Konstitusiyası “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi” haqqında Konstitusiya Qanunu ilə təsdiq olunub. Konstitusiyanın 136-cı maddəsinə və Naxçıvan MR Konstitusiyasının 5-ci maddəsinə əsasən, Naxçıvan MR-nın ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Ali Məclisin sədrinin səlahiyyətlərinin qeyd olunduğu 32-ci maddədə sədrin Ali Məclisi buraxması və nöbədənkənar seçkilər təyin etməsi ilə bağlı heç bir qeyd yoxdur.

 

Naxçıvan MR Konstitusiyasının 5-ci maddəsinə görə, müəyyən olunan hallarda və qaydada Naxçıvan MR-nın ali vəzifəli şəxsi Ali Məclisə seçkiləri təyin edir. Bu maddənin II hissəsinin 1-ci bəndi ilə ali vəzfəli şəxsə seçkilərin təyin edilməsi ilə bağlı səlahiyyət verilsə də, bu səlahiyyət növbədənkanar seçkilərin təyin edilməsi və Ali Məclisin buraxılmasını ehtiva etmir.

 

Belə ki, Naxçıvan MR-nın Konstitusiyasının 14-cü maddəsi və 19-cu maddəsi ali vəzifəli şəxsin bu səlahiyyətinin hədlərini müəyyən edir. Konstitusiyanın 14-cü maddəsinə görə, Ali Məclisin çağırışının səlahiyyət müddəti 5 ildir. Ali Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

 

Naxçıvan MR-nın Konstitusiyasının 19-cu maddəsinə əsasən, Ali Məclisin deputatı seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanunu qüvvəyə minmiş hökmü olduqda, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi olduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda, səsvermə hüququnu şəxsən həyata keçirmə tələbini pozduqda, özü imtina etdikdə və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandatından məhrum edilə bilər.

 

Beləliklə, Naxçıvan Ali Məclisinin buraxılması ilə bağlı sərancam düzgün əsaslandırılmayıb. Çünki Naxçıvan MR-nın Konstitusiyası ali vəzifəli şəxsə Ali Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı səlahiyyət vermir.

 

Gəlinən nəticəyə görə, Naxçıvan MR-nın Konstitusiyasında Ali Məclisin buraxılması proseduru mövcud deyil.

Tarix: 21 Dekabr 2019, 20:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin