BURADA REKLAMINIZ OLA
BİLƏR

Ziya Bünyadovun doğum günüdür

Mərhum şərqşünas alim Ziya Bünyadovun doğum günüdür.

 

Pravda.az-ın xəbərinə görə, Z.Bünyadov 1923-cü ildə Astarada anadan olub. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə Bünyadov orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gəlib. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib. 1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsirlər tarixi" şöbəsinin rəhbəri olmuşdur. 1964-cü ildə o, "Azərbaycan VII-IX əsrlərdə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alıb.

 

1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırıb. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir. 1992-ci ildə Bünyadov Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri idi. 1992-ci ildə Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilib. 1995-ci ildə Milli Məclisin deputatı seçilib. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib.

Tarix: 21 Dekabr 2019, 22:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin