BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdü

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər.

DTX-dən verilən məlumata görə, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

Tarix: 5 Oktyabr 2020, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin