BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Pirverdiyevin qohumuna məxsus ASC cərimələndi

“Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC  inzibati qaydada cərimə edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi şirkətin 2 500 manat cərimə olunması barədə qərar çıxarıb.

 

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 405-ci (hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi) maddəsi ilə təqsirli bilib.

 

Qeyd edək ki, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin 98,5 faizi Hikmət Xammədova məxsusdur.

 

Onun "Azərenerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevin qayını olduğu bildirilir. Bu şəxs həmçinin "Expressbank”ın səhmlərinin böyük bir hissəsinə sahibdir.

Tarix: 22 Dekabr 2019, 09:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin