BURADA REKLAMINIZ OLA
BİLƏR

"Heydər Əsədovun cəmi 10 min manat köçürməsi məni çox təəccübləndirdi" - Aslan İsmayılov

"Ayrı-seçkilik etmək istəmirəm, ancaq bəzi şeyləri deməmək də mümkünsüzdür. Pul köçürənlər arasında keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədovun cəmi 10 min manat köçürməsi məni çox təəccübləndirdi. Ömrü boyu Dövlət strukturlarında işləyən bu adam ancaq Bibiheybət qəsəbəsində hələ tikintisi başa çatmamış bir evinə milyonlar xərcləyib".

Pravda.az-ın xəbərinə görə, hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, Gənclər və İdman naziri Azad Rəhimova məxsus “İtaldizayn” şirkəti isə 100 min manat köçürüb: "Bilməyənlər üçün deyim ki, bu şirkətin tərkibinə Bakıda mövcud olan ən bahalı brendlər (Cartier, Graff, Chopard, Roberto Coin, Villeroy and Boch və s.) daxildir. Hər ikisinin bu xalqın hesabına topladığı varidat on milyonlarla manatdır. Dövlət rəhbərlərinin nə edəcəklərini bilmirəm, Allah qoysa, qələbə çalandan sonra özüm, kimlərin nəyi var və Ordumuza nə kimi köməklik etdiklərini şəxsən araşdırıb ictimaiyyətə açıqlayacam. Vətənin bundan ağır günü ola bilməz! Gənc balalarımızın torpaqlarımız uğrunda canlarını qurban verdikləri dönəmdə bu xalqın hesabına milyonlar toplayıb bu gün biganə olanları heç vaxt bağışlamaq olmaz!"

Tarix: 6 Oktyabr 2020, 00:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin