BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizaməddin Quliyevin 10 il icra başçısı olduğu rayonda təcili müşavirə keçirildi

Goranboy rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə, Aparat işçilərinin və aidiyyəti məsul şəxslərin iştirakı ilə, müşavirə keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi, Aparat işçilərinin və aidiyyəti məsul şəxslərin iştirakı ilə müşavirə keçirilib.

 

Müşavirədə  vətəndaş müraciətlərinə baxılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı müvafiq  tapşırıqlar verilib.

 

Xatırlatma: Dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, daha sonra N.Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. N.Quliyev və R.Tatarov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub.

 

 

Tarix: 22 Dekabr 2019, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin