BURADA REKLAMINIZ OLA
BİLƏR

KİVDF-nin ləğv edilməsi təklif edilir - "Heç kəsin oxumadığı qəzetlərə ayrılan maliyyə dayandırılmalıdır"

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF)  ləğv edilməsi təklif olunur.

 

Pravda.az-ın xəbərinə görə, bu təklifi tanınmış jurnalist Vasif Həsənli irəli sürüb.

 

V.Həsənli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilməlidir: “Bunun əvəzində isə mətbuata dövlət dəstəyi işi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna həvalə olunmalıdır. Çünki mətbuat həm də biznes sahəsi sayılır. KİVDF-dən maliyyələşən və heç kəsin oxumadığı qəzetlərə ayrılan təmənnasız milyonlarla dövlət vəsaitləri aşağı faizli güzəştli kreditlərlə əvəz olunarsa, bu zaman sağlam rəqabət şəraiti və məsuliyyət formalaşa bilər. Belə olan halda mətbuatın özünü tənzimlənməsi prosesi baş verəcək və KİVDF-nin məhv etmiş olduğu çap mediası nəhayət ki, dirçəlmiş olacaq”.

 

Qeyd: Fondun icraçı direktoru Vüqar Səfərlidir.

Tarix: 22 Dekabr 2019, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin