BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad olundu

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Kyaramyan vəzifəsindən azad olunub.

 

Pravda.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Ermənistan prezidenti fərman imzalayıb.

 

Qeyd edək ki, A. Kyaramyan dörd ay əvvəl bu posta təyin olunub.APA

Tarix: 8 Oktyabr 2020, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin