BURADA REKLAMINIZ OLA
BİLƏR

Təşviqat materialları cırıldı - DSK polisə müraciət etdi - VİDEO

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörütüyə münasibət bildirib.

 

Pravda.az-ın  xəbərinə görə, MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun təşviqat materiallarının çıxarılması ilə bağlı müraciətinə əsasən dairə seçki komissiyası qərar qəbul edərək aidiyyatı polis orqanına müraciət edib. Məsələ tam araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.APA  

Tarix: 22 Dekabr 2019, 18:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin