BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Vəliyevin övladlarının BİZNESİ

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin övladları Türkiyədə mehmanxana biznesi ilə məşğuldurlar.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı jurnalist Hafiz Babalı məlumat yayıb.

 

O bildirib ki, Elmar Vəliyevin övladları 2016-cı ilin noyabr-dekabr aylarında 3 şirkət yaradıblar.

 

Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı "Vista İnşaat ve Dış Ticaret A.Ş.”, "Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş.” və "Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş.” şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır. Vəliyevlər bu şirkətlərə torlam 300 000 lirə yatırıblar. E. Vəliyevin övladlarının şirkətlərinin üçünün də əsas fəaliyyət sahəsi mehmanxana biznesidir. Bu şirkətlərin üçünə də Elmir Vəliyev başçılıq edir. Hər üç şirkət Bayrampaşadakı Yenidoğan məhəlləsinin Demirqapı prospekti, Rifatağa Çarşısı, ev 32, 2-ci mərtəbədə yerləşir. Türkiyə mənbələrinə görə, burada 2016-cı ilədək Suz-i Dilara Cafe fəaliyyət göstərib. Təsis sənədlərində Vəliyevlər yaşayış yeri kimi Bakının Nərimanov rayonundakı Murtuza Nağıyev, 19G nömrəli ev qeyd ediblər.

Tarix: 23 Dekabr 2019, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin