BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu milli xəstəlik deyilsə, bəs nədir" - Deputat

"Dünyasını dəyişmiş insanı dəfn edərkən mülki əhalinin toplaşdığı qəbiristanlığı bombalamaq, ancaq erməni faşistlərinə xas olan xüsusiyyətdir. Qəhrəman Tərtər şəhərində qəbiristanlığın bombalanması nəticəsində 4 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. Allah ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Düşünmürəm ki, cəmi dünyada özünü hər addımda məzlum, humanist kimi təqdim edərək, hamilə qadınları, uşaqları qətlə yetirməkləri ilə fəxr edən ikinci belə əzazil, qəddar, riyakar, yalançı millət olsun".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

"Dünyanın harasında yaşamaqlarından asılı olmayaraq, məskunlaşdıqları ölkələrdə gecəli-gündüzlü fasiləsiz anti-türk, anti-azərbaycan təbliğatı aparsın və bütün xalqları Türkiyə və Azərbaycana qarşı müharibəyə səsləsin. Sual olunur. Bu, milli xəstəlik deyilsə, bəs nədir.
İllərlə davam edən bu davranışla, zaman keçdikcə uydurduqları saxta tarixin coğrafiyasını genişləndirməklə, ermənilər hamını bezdiriblər. Mənə elə gəlir ki, beynəlxalq ictimaiyyət artıq bu yalanlardan bezib. Tədricən də olsa, onlara layiq olduqları yeri göstərilir. Sadəcə, imperialist təfəkküründən uzaqlaşa bilməyən müəyyən qüvvələr ermənilərdən "maşa" rolunda öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Bunun da uzunmüddətli perspektivi görünmür. Nə qədər ki, gec deyil, erməni xalqı özündə güc tapmağı bacarmalı, tarixlərində yol vermiş və davam edən ləkələrin silinməsinə çalışmalı, yeni təfəkkürlə, yeni həyata başlamalıdır. QarabağAzərbaycandır!!!" - N.Məhəməliyev qeyd edib.

Tarix: 16 Oktyabr 2020, 21:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin