BURADA REKLAMINIZ OLA
BİLƏR

"Nazim İbrahimov, Elmar Məmmədyarov dövrü münasibətdən, gəlir güdmək məqsədlərindən əl çəkmək lazımdır"

"Bu günlər ərzində mənə yüzlərlə müraciət var ki, xaricdə yaşayan həmvətənlərimiz ölkəmizə dəstək vermək üçün ya yaşadıqları yerdə səfirlik, diaspora nümayəndələrini tapa bilmirlər, yaxud çox pis rəftarla qarşılaşırlar".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Səfirlik, yaxud diaspor nümayəndələri dəstək üçün müraciət edənlərlə elə danışırlar ki, sanki dədələrinin malını-mülkünü istəyirlər. Səfirlik və diaspora nümayəndələri müraciət edən hər kəsə təşəkkür edib, diqqətlə dinləməli və bacardıqları bütün köməklikləri etməlidirlər. Bu onları vəzifə borclarıdır. Nazim İbrahimov, Elmar Məmmədyarov dövrü münasibətdən, hər təmasda gəlir güdmək məqsədlərindən əl çəkmək lazımdır!" - A.ismayılov qeyd edib.

Tarix: 16 Oktyabr 2020, 21:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin