BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan səbrimizi daşırdı, Araik Arutunyan, Paşinyan məhv edilməlidir" - Rauf Arifoğlu

Ermənistan artıq səbrimizi daşırdı: Gəncənin qisası ağır olmalı, Araik Arutunyan, Paşinyan məhv edilməli

Ermənistan Gəncəni yenə xaincə, gecə vurdu. Bilə - bilə, düzünə qəsdlə, mülkü vətəndaşları qətl etmək məqsədi ilə yenə ballistik raketi Gəncəyə istiqamətləndirdilər. İlkin məlumata görə, 15 yaralı var. İtkilər barədə indilik rəsmi açıqlama olmasa da, görünən budur ki, itkilərimiz də var.

Buna daha dözmək olmaz. Dinc insanlarımızı qətl edən bir dövlətin, onun cinayətkər yetkililərinin başına dünyanı yıxmaq lazımdır!

Ermənistanın məqsədi bəllidir: məcbur qalıb, biz də İrəvanı vuraq, bununla da işin içinə Rusiya və KTMT -ni qatmağa bəhanə yaransın...
Tamam, İrəvanı vurmayaq. Amma Dağlıq Qarabağdakı oyuncaq və qanunsuz rejimin oturduğu bina və sığınacaqları ki, vura bilərik! Araik Arutunyan şərəfsizi dronlarımızla ovlayıb, məhv etmək lazımdır!

Bunun üçün gərəkən hər imkanımız var. Dronlarımız, o şərəfsizin və "dqr" bandasının üzvlərinin koordinatlarını verəcək agentiramız da mövcuddur.
Bunu etməliyik!
Dinc əhalini deyil, qanunsuz və silahlı qurumun rəhbərini, yaxın ətrafını yox etmək üçün günü bu gündən hərəkətə keçmək lazımdır. Əminəm ki, belə də olacaq!

Gəncədə ölın günahsız qadın, körpə və valideynlərin qisasını "dqr" adlı qurumun köpəklərindən almaq lazımdır. Alacağıq da!

Yaşamaq onlara haramdır!
Azərbaycan heç nəyə baxmayaraq, uğurlu savaşını davam etdirəcək.
Qələbə bizimdir!

Rauf Arifoğlu

"Yeni Müsavat" qəzetinin baş redaktoru

Tarix: 17 Oktyabr 2020, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin