"Qarabağ böyük quruculuq dönəminə daxil olur" - Füzulinin deputatı

"Erməni quldurlarının Gəncə şəhərində törətdikləri terror hadisəsi zamanı dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək Füzuli şəhərinin və kəndlərinin işğaldan azad olması münasibəti ilə bütün Füzulilərə, bütün xalqımıza göz aydınlığı verirəm".

Pravda.az-ın xəbərinə görə bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

"Bu gün Füzuli rayon tarixinin ən şərəfli günlərindəndir. Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbyacan Ordusu! Var olsun mərd və qorxmaz xalqımız! Füzuli daxil olmaqla bütün torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirəm.

Qarabağ böyük quruculuq dönəminə daxil olur. Erməni quldurları tərəfindən dağıldılmış Füzuli şəhəri, kəndlərimiz və bütövlükdə işğaldan azad olmuş bütün torpaqlarımız qısa zamanda bərpa olunacaq və yenidən Qarabağımıza həyat qayıdacaq.

Qarabağ Azərbaycandır və əbədi bizim olacaq!" - deputat əlavə edib.

Tarix: 17 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin