BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov: “Ermənistan çox təhlükəli bir oyun oynayır”

“Bu gün baş verənlər Xocalı soyqırımının davamıdır”.

 

Bunu millət vəkili Vahid Əhmədov bildirib. Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım siyasətini davam etdirdiyini bildirən millət vəkilinin sözlərinə görə, Gəncə, Mingəçevir və s. şəhərlərin ballistik raketlərlə atəşə tutulması, işğalçıya bu günün özündə belə hansısa qüvvələr tərəfindən dəstək verildiyini göstərir:

 

“Gecə saatlarında Ermənistanın növbəti dəfə Gəncəni raket zərbəsinə məruz qoyması nəticəsində 10-dən çox insan həlak olub, xeyli sayda insan isə yaralaıb. Şəhər böyük dağıntıya məruz qalıb. Düşmən mülki sakinlərə qarşı qadağan edilmiş ballistik raketlərdən istifadə edib. Bu, düşmənin xalqımıza qarşı soyqırım siyasətini davam etdirdiyini göstərir. Yaxşı ki, Mingəçevirə atılan raketlər Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib. Yoxsa Mingəçevirdəki strateji obyektlərin ziyan görməsi çox böyük fəsadlara səbəb ola bilərdi. Baş verənlər göstərir ki, Ermənistan öz məkirli siyasətini davam etdirməkdə qərarlıdır və humanitar atəşkəs adı altında soyqırım siyasətini davam etdirir.

 

Görün erməni həyasızlığı hansı səviyyəyə çatıb ki, bir yandan bizim mülki əhalimizi qırırlar, digər tərəfdən muxtariyyət tələb edir, bizimlə birgə yaşamaq istəyirlər. Mülki insanlarımızı qətliyama məruz qoyanlarla birgə yaşamaq necə mümkün ola bilər?

 

Ermənistan çox təhlükəli bir oyun oynayır. Hansı ki, bu oyun onun özü üçün ağır nəticələrə səbəb ola bilər.

 

Baş verənlər göstərir ki, hansısa qüvvələr ona kömək edir, işğalçıya ballistik raketlər verir. Hansı ki, İran da, Rusiya da Ermənistana kömək etmədiyini bəyan edir. Bəs o zaman Ermənistanın mülki insanlarımızı atəşə tutmaq üçün istifadə etdiyi ballistik raketləri haradan, necə əldə edir? Bu raketlər Ermənistanda necə peydə olur?”

 

Millət vəkili beynəlxalq təşkilatların biganəliyini də sərt tənqid edib: “Beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupunun üzvləri niyə Ermənistanı qınamır? Niyə mülki insanların ölümünə görə Ermənistanı ittiham etmirlər? Niyə işğalçıya heç kim heç bir təzyiq göstərmir?

 

Biz bütün gücümüzü toplayıb Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı azad edib, Qarabağda öz bayrağımızı qaldırmalıyıq.

 

Hesab edirəm ki, Azərbaycan Türkiyə və Pakistanla hərbi müqavilə imzalamalı, türk hərbi bazaları Azərbaycanda yerləşdirilməli, Ermənistan məsələsi birdəfəlik həll edilməlidir.Biz uzun illərdir ki, əsas problemimizə çevrilən Ermənistan faktorunun bundan sonra da problem olaraq qalmasına imkan verməməliyik”.Moderator

Tarix: 17 Oktyabr 2020, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin