BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: "Həmin günlər mənim üçün həyatımın ən ağır anlarından olub"

"Cəbhə bölgəsindən gələn ən kiçik uğur belə hamımızı sevindirir. Mən də hər azad olunmuş bir qarış torpağa sevinmişəm. Mənim üçün Xudafərinlə bağlı xəbərdən üstün yəqin ki, ancaq bütün Qarabağ azad ediləndən sonra Şuşada Bayrağımızın dalğalanması olacaq".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Bir müddət bundan əvvəl Xudafərin su qovşağı və Elektrik stansiyası ilə bağlı İran - Azərbaycan dövlətlərarası müqaviləni müdafiə edəndə çoxları mənə xain, satqın, satılmış damğası vurdular. Həmin günlər mənim üçün həyatımın ən ağır anlarından olub. Ona görə hamınızdan xahiş edirəm, kimisə ittiham edəndə heç olmasa məsələni araşdırın, mütəxəssislərə müraciət edin, sonra ağır cinayətlərdə suçlayın" - A.İsmayılov qeyd edib.

Tarix: 18 Oktyabr 2020, 20:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin