BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Qasımlı: "Azərbaycan torpaqlarında heç bir ölkənin sülhməramlı qüvvələri və ya hərbi bazaları olmamalıdır"

"Son 200 ildə Azərbaycan əraziləri Rusiya və İran arasında bölüşdürülüb. Azərbaycan müstəqilliyini qazandıqdan sonra da ərazimizin Cənubi Qafqaz xəritəsində kiçilməsi faktı ilə üz-üzə qaldıq. Bir sözlə, torpaqlarımızı itirə-itirə gəlirik. Bu proses tarixi trendə çevrilib. Bu trendin qarşısını məhz bu gün almaq və cəngəlliyə çevrilmiş beynəlxalq sistemdə müstəqil ölkə kimi yerimizi gücləndirmək məcburiyyətindəyik".

Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Azər Qasımlı deyib.


A.Qasımlı qeyd edib ki, Azərbaycan insanı bu illər ərzində həm sosial, həm tarixi travmalarla yaşayıb: "Cəmiyyətimizin toparlana bilməməsinin əsas səbəbi məhz bu idi. Müstəqilliyimiz və ərazi bütövlüyümüzün bərpası həm də gələcək demokratik inkişafımızın təminatçısıdır. Müstəqliyyimizi Qarabağla imtahana çəkdilər. Biz müstəqilliyimizi seçdik. Qarabağımızı işğaldan azad etməliyik, edəcəyik. Lakin Azərbaycan torpaqlarında heç bir ölkənin sülhməramlı qüvvələri və ya hərbi bazaları olmamalıdır Müstəqiilik günümüz mübarək olsun".

Tarix: 18 Oktyabr 2020, 21:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin