BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bütün təhsil müəssisələri fəaliyyətini dayandırdı

Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

 

Qərara əsasən, 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan edilib.

 

Qərar məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinə də şamil olunur.

 

Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Tarix: 19 Oktyabr 2020, 00:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin