BURADA REKLAMINIZ OLA
BİLƏR

Kanalizasiya suyunun Ceyranbatan su anbarına axmasına görə içməli suyun verilməsi dayandırıldı - RƏSMİ

Xırdalanda kanalizasiya suyunun Ceyranbatan su anbarına axmasına görə içməli suyun verilməsi dayandırılıb.

 

Bu barədə Pravda.az-a "Azərsu" ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb. "Azərsu" ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

 

Tarix: 23 Dekabr 2019, 22:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin