BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Azərbaycanda olan yaralı erməni əsirlərdən danışdı

“Azərbaycanda yaralı erməni əsirlər var. Onlara qarşı münasibətdə Azərbaycan Respublikası özünün Cenevrə konvensiyasına sadiqliyini nümayiş etdirdi”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Eyni zamanda, Azərbaycan özünün yüksək mənəvi dəyər və əxlaqını göstərərək yaralılara beynəlxalq humanitar hüquq əsasında lazımi yardımı göstərdi. Onlar tibbi dəstəklə təmin olundular və ailə üzvləri ilə də əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də bu şəxslər barəsində məlumatlandırılıb və təşkilat da yaralılarla təmasdadır”, - deyə H. Hacıyev vurğulayıb.

 

Tarix: 19 Oktyabr 2020, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin