Xarici İşlər Nazirliyi (XİN) nazir Ceyhun Bayramovun Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair məlumat yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşdə türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.
Nazir, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi, o cümlədən Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirib.
Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşdırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyənin dost və qardaş Azərbaycanın hər zaman yanında olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri, Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu söyləyib və beləliklə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyindən çıxış etdiyini səsləndirib.
Mustafa Şentop Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək və üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildirib. Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyi səsləndirən Türkiyə Böyük Millət Məclisinin Sədri, məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Mustafa Şentopa minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli tərəfdaşlığın bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcəyindən əminliyini ifadə edib.
27 Aprel 20:48
27 Aprel 20:36
27 Aprel 20:32
27 Aprel 20:29
27 Aprel 19:34
27 Aprel 18:44
27 Aprel 17:40
27 Aprel 17:34
27 Aprel 17:33
27 Aprel 17:23
27 Aprel 17:21
27 Aprel 16:54
27 Aprel 16:39
27 Aprel 16:08
27 Aprel 15:55
27 Aprel 15:14
27 Aprel 14:59
27 Aprel 14:53
27 Aprel 13:55
27 Aprel 13:54
27 Aprel 13:52
27 Aprel 13:50
27 Aprel 13:46
27 Aprel 13:38
27 Aprel 13:36
27 Aprel 13:35
27 Aprel 13:32
27 Aprel 12:29
27 Aprel 12:16
27 Aprel 11:35
27 Aprel 11:31
27 Aprel 11:29
27 Aprel 09:47
27 Aprel 09:15
27 Aprel 09:02
27 Aprel 08:54
27 Aprel 08:48
27 Aprel 00:01
27 Aprel 00:00
26 Aprel 23:53
26 Aprel 23:49
26 Aprel 22:28
26 Aprel 22:26
26 Aprel 22:24
26 Aprel 22:12
26 Aprel 21:50
26 Aprel 21:48
26 Aprel 21:39
26 Aprel 21:35
26 Aprel 20:12
26 Aprel 19:18
26 Aprel 19:16
26 Aprel 19:14
26 Aprel 19:10
26 Aprel 17:43
26 Aprel 17:26
26 Aprel 17:13
26 Aprel 17:04
26 Aprel 16:37
26 Aprel 15:17
26 Aprel 15:12
26 Aprel 14:01
26 Aprel 13:58
26 Aprel 13:34
26 Aprel 13:18
26 Aprel 13:15
26 Aprel 13:13
26 Aprel 13:12
26 Aprel 13:10
26 Aprel 12:27
26 Aprel 12:00
26 Aprel 11:41
26 Aprel 11:28
26 Aprel 11:26
26 Aprel 11:02
26 Aprel 10:57
26 Aprel 10:36
26 Aprel 10:16
26 Aprel 09:44
26 Aprel 09:40
26 Aprel 09:37
26 Aprel 09:15
26 Aprel 09:14
26 Aprel 09:08
26 Aprel 09:07
26 Aprel 09:05
26 Aprel 09:03
26 Aprel 09:01
26 Aprel 08:44
26 Aprel 08:43
26 Aprel 08:41
26 Aprel 08:38
26 Aprel 08:34
26 Aprel 08:13
26 Aprel 08:06
26 Aprel 07:03
26 Aprel 07:02
26 Aprel 07:00
26 Aprel 06:57
26 Aprel 06:55
26 Aprel 06:54
26 Aprel 06:53
26 Aprel 06:51
26 Aprel 06:27
26 Aprel 00:03
25 Aprel 23:27
25 Aprel 23:24
25 Aprel 23:20
25 Aprel 22:38
25 Aprel 22:34
25 Aprel 21:31
25 Aprel 21:24
25 Aprel 21:12
25 Aprel 20:57
25 Aprel 20:55
25 Aprel 20:54
25 Aprel 20:49
25 Aprel 20:47
25 Aprel 20:43
25 Aprel 20:29
25 Aprel 19:42
25 Aprel 19:39
25 Aprel 19:38
25 Aprel 19:36
25 Aprel 19:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:00
25 Aprel 17:42
25 Aprel 17:39
25 Aprel 17:37
25 Aprel 17:35
25 Aprel 17:34
25 Aprel 17:21
25 Aprel 17:18
25 Aprel 17:07
25 Aprel 16:59
25 Aprel 16:56
25 Aprel 16:53
25 Aprel 16:36
25 Aprel 16:21
25 Aprel 16:20
25 Aprel 16:19
25 Aprel 16:18
25 Aprel 16:17
25 Aprel 16:16
25 Aprel 16:15
25 Aprel 16:14
25 Aprel 16:10
25 Aprel 16:08
Ən son xəbərləri səhifəmizdən də izləyin