BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceff Brices xərçəng xəstəliyinə yoluxdu

Amerikalı aktyor Ceff Brices xərçəng xəstəliyinə tutulub.

 

Bu barədə o, “Twitter” hesabında məlumat verib.

 

“Mənə lenfoma diaqnozu qoyuldu”, - deyə 70 yaşlı aktyor qeyd edib.

 

O bildirib ki, vəziyyətinin ağır olmasına baxmayaraq, əla həkimlərin köməyilə vəziyyəti yaxşılaşacaq; onların proqnozları müsbətdir. Aktyor bu gündən müalicəyə başlayacaq.

 

Qeyd edək ki, Ceff Brices 200-dən çox filmdə çəkilib. O, daha çox 2010-cu ildə ən yaxşı kişi roluna görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına layiq görülən “Crazy Heart” (Dəli ürək, 2009) filmi ilə tanınır.oxu.az

Tarix: 20 Oktyabr 2020, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin