BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir" – Prezidentin köməkçisi

Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

 

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

 

- Tərtər - 423 mərmi

 

- Ağdam - 49 mərmi

 

- Ağcabədi - 24 mərmi

 

- Goranboy - 2 mərmi

 

- Naftalan/Goranboy - "Smerch" raketləri.

 

Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.

Tarix: 21 Oktyabr 2020, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin