Dollar çökür

Çin xaricində ticarət edilən yuan dollar qarşısında 2018-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə qalxıb.

Pravda.az xəbər verir ki, Çin Mərkəzi Bankı (PBOC) gündəlik istinad nisbətini analitiklərin gözlədiyindən daha zəif təyin etsə də, çərşənbə günü ticarət əməliyyatında yuan dollar qarşısında 0,4 faiz artıb.

“Deutsche Bank AG” analitikləri noyabrın əvvəlində ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların qalib gələcəyi təqdirdə yuanın artacağını proqnozlaşdırır.

Ofşor bankçılıq (off-shore banking) yuanın 6.6278-ə endikdən sonra 6.6322 səviyyəyə qalxdığını qeydə alıb. Çin daxilində istifadə edilən quruda “Onshore” (CNY) yuan pariteti isə 6.6435-də səviyyəsində ticarət edilib.

Tarix: 21 Oktyabr 2020, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin