Aygün Kazımovadan Zəngilanla bağlı açıqlama: “Yaşadıqlarımız bir-bir gözümün önündən keçir”

Xalq artisti Aygün Kazımova Zəngilan rayonun işğaldan azad olunmasına reaksiya göstərib.

 

Pravda.az xəbər verir ki, Aygün Kazımova İnstaqramda sevincini belə dilə gətirib:

 

"Qarabağımızın hər kəndi, hər şəhəri gözəldir. Amma Zəngilan və Qubadlının adı gələndə başqa hisslər keçirirəm. Vətən sevgisi, həyəcan, itkilərimiz... Yaşadıqlarımız bir-bir gözümün önündən keçir. Zəngilanımızın qayıdışı mübarək olsun! Tezliklə Ali Baş Komandamızın dilindən Qubadlının, Şuşanın, Laçının, Xocalının, Xankəndinin işğaldan azad olması xəbərini eşidək!"

Tarix: 21 Oktyabr 2020, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin