Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan etdi

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib.

 

Pravda.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin aparatının yaydığı məlumatda bildirilib.

 

Bu gün qəbul edilən qərara əsasən, dekabrın 31-dən 6 ay müddətinə Türkiyə istehsalı olan məhsulların Ermənistana gətirilməsi qadağan olunub.

 

Qeyd edək ki, bununla bağlı bir müddət əvvəl qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.APA

Tarix: 21 Oktyabr 2020, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin