Mehman Şükürov vəzifəsindən azad edildi - FOTO

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovu tutduğu vəzifədən azad edilib.

 

Pravda.az-ın məlumatına görə, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

 

Qeyd edək ki, M. Şükürov 2015-ci il noyabr ayından Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, daha sonra isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışırdı.

 

O, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.APA

Fotoları təqdim edirik
Tarix: 21 Oktyabr 2020, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin