“Qarabağ” İsraildə belə qarşılandı - FOTO

Avropa Liqasının qrup mərhələsində İsraildə “Makkabi” ilə qarşılaşacaq “Qarabağ” artıq Təl-Əvivdədir.

 

Pravda.az xəbər verir ki, Ağdam klubu sözügedən şəhərdə “Karabakh is Azerbaijan” şüarı ilə qarşılanıb.

 

Belə ki, təmsilçimizin məskunlaşdığı otelin qarşısında məhz bu pankart asılıb.

 

Qeyd edək ki, sabah keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tarix: 21 Oktyabr 2020, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin