BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərenerji” və “Azərişıq” hesabat verdi

“Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətləri 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyevin elektroenergetika strategiyasına uyğun olaraq həyata keçirilən genişmiqyaslı işlərlə bağlı videomaterial hazırlayıb.

 

Pravda.az-ın xəbərinə görə, videomaterialda Prezident İlham Əliyev tərəfindən yaradılan “Bakıelektrikşəbəkə” və onun bazasında formalaşdırılan “Azərişıq” ASC-lərin, həmçinin “Azərenerji” ASC-nin gördüyü işlər və onların nəticələri barədə ətraflı məlumat verilib.

 

Videoda Ölkə başçısının həyata keçirdiyi ciddi islahatlar, tikinti, yenidənqurma və bərpa prosesi elektrik enerjisinin istehsalı, ötürülməsi, idarə edilməsi və paylanması sahələrini bütövlükdə əhatə etdiyi və nəticədə Azərbaycanın necə idxalçı ölkədən ixracatçı ölkəyə çevrildiyi ardıcıllıqla verilib. Həmçinin, son 16 ildə tikilən elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlərin əhatə dairəsi və hazırda “Master Plana” uyğun olaraq görülən işlər də videomaterialda geniş əks edilib.

 

Tarix: 24 Dekabr 2019, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin