Paşinyan: "Ermənistan eynicinsli evlilikləri qanuniləşdirəməyə hazırdır"

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanıyacağı təqdirdə, ölkəsinin eynicinsli evlilikləri qanuniləşdirəməyə hazır olduğunu bəyan edib.

 

Pravda.az “Panorama” nəşrinə istinadən xəbər verir ki, Paşinyan belə bir bəyanatla Ermənistan parlamentinin növbədənkənar iclasında çıxış edib: “Ermənistan, şübhəsiz ki, Avropanın bir hissəsidir və biz Avropa dəyərlərini qəbul etməyə hazırıq. Ancaq Avropa ölkələri dövlətimizin təhlükəsizliyinə sadiq olduqlarını göstərməlidirlər”.

 

Paşinyanı hakim “Mənim addımım” koalisiyasından olan digər partiyalar da dəstəkləyib. Belə ki, “Missiya” partiyasının rəhbəri Manuk Sukiasyan deyib ki, AB Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa “borcludur”, çünki bu, Qarabağın LGBT cütlüklərinə münasibətlərini qanuniləşdirmək imkanı verəcək: “Azərbaycan eynicinsli evlilikləri tanımır, Ermənistan isə tezliklə tanıyacaq. Beləliklə də, Dağlıq Qarabağın Ermənistanın bir hissəsi kimi tanınması regionun homoseksuallarına fayda verəcək”.

 

Bundan əvvəl Ermənistanın Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan bildirmişdi ki, cəbhədə gərgin vəziyyət səbəbindən Ermənistan silahlı qüvvələri transgenderlərin ən vətənpərvər təbəqələrdən biri olduğunu əsas gətirərək, onların da ordu bölmələri sıralarına cəlb edilməsinə qərar verib.

Tarix: 22 Oktyabr 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin