"Müharibə yalnız erməni ordusunun torpaqlarımızdan yox edilməsi ilə nəticələnə bilər"

"Paşinyanın "indiki halda münaqişənin diplomatik həlli yoxdur" sözləri sülh danışıqlarından imtina deməkdir. Həm Ermənistanın baş naziri, həm əsas müxalifət liderləri erməni xalqını və ordusunu böyük bir uçuruma sürükləyirlər. Ermənistan ordusu Zəngilan-Qubadlı istiqamətində darmadağın edilib. Bundan sonra Qarabağdaki müharibə yalnız erməni ordusunun torpaqlarımızdan yox edilməsi ilə nəticələnə bilər. Ermənilərin bu müharibədə artıq heç bir şansı yoxdur. Ya Azərbaycanın şərtlərini qəbul edəcəklər, ya da ordusuz qalacaqlar. Real vəziyyət budur!".

Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Azər Qasımlı deyib.


A.Qasımlı xatırladıb ki, XİN başçısı Ceyhun Bayramov Moskvada görüşlər keçirib, cümə günü isə o, Vaşinqtonda danışıqlarda olmalıdır: Daha əvvəl də yazmışdım, indi də eyni fikirdəyəm: Biz danışqlardan imtina etməməliyik, hər zaman konstruktiv olduğumuzu bütün dünyaya nümayiş etdirməliyik. Paşinyanın bugünkü çıxışı faktiki olaraq Minsk Qrupunun "baza prinsipləri"ndən erməni tərəfinin imtina etməsi deməkdir. Belə olan təqdirdə biz Şuşa və Xankəndi daxil olmaqla işğal altında olan bütün torpaqlarımızı erməni silahlılarından azad etməliyik. Sülhə nail olmaq üçün işğalçılar torpaqlarımızdan çıxmalıdır!".

Tarix: 22 Oktyabr 2020, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin