“Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir” – Hikmət Hacıyev

"Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ taktiki raketlər atıb".

 

Pravda.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

 

O bildirib ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfində olub: “Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir”.

Tarix: 22 Oktyabr 2020, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin