“Paşinyan son çırpıntılarını edə - edə sönəcək, ancaq kompramisə getməyəcək” – Fikrət Yusifov

"Ermənistanın siyasi rəhbərliyi bu gün düşdükləri durumun reallıqlarını dəyərləndirmək qabiliyyətini demək olar ki, tam itirib. Bu müharibə Ermənistanı bir dövlət kimi çökdürəcək. Azərbaycan ordusunun döyüş meydanlarında təkcə bir neçə gün ərzində məhv etdiyi S-300 silahlarının ümumi dəyəri bir milyard dollar səviyyəsindədir. Bu Ermənistanın xarici ticarət dövriyyəsindəki kəsrin yarısı qədər və ya Ermənistan büdcəsinin 1/4 qədər bir məbləğdir".

 

Pravda.az xəbər verir ki, bunu professor Fikrət Yusifov deyib.

 

F.Yusifov bildirib ki, bu gün Ermənistanın siyasi rəhbərliyi ya ordusunu müqəddəs torpaqlarımızdan çıxararaq atəşkəsə və sülh danışıqlarına getməlidir, ya da bunu şanlı Azərbaycan ordusu edəcək: "Öz hakimiyyəti xatirinə erməni əsgərlərini ət maşınından keçirən siyasi deletant Paşinyan nə qədər ki, gec deyil Ermənistanın bir dövlət kimi mövcudluğunu təhlükə altına atdığının fərqində olmalıdır. Buna onun iradəsi və ağlı çatacaqmı? Görünən budur ki, o, son çırpıntılarını edə - edə sönəcək, ancaq kompramisə getməyəcək. Bu onun və erməni xalqının seçimi olacaq. Azərbaycanın şanlı ordusu isə onun yenilməz, qətiyyətli Ali Baş Komandanının rəhbərliyi altında müqəddəs torpaqlarımızın son qarışına qədər qaytarılmasına nail olacaqdır. Paşinyan və onun havadarlar bunu yaxşı bilsinlər".

Tarix: 22 Oktyabr 2020, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin