İlham Əliyev Rusiyaya dəvət olunubmu?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı jurnalist Rusiya Prezidenti Vladimir Putinin onu Moskvaya dəvət edib-etmədiyini soruşub.

Pravda.az-ın xəbərinə görə, dövlət başçısı bu suala "Xeyr" deyə cavab verib.

Jurnalistin "Dəvət olunsaydınız, getməyə hazırsınızmı?" sualına cavabda isə Prezident bunları deyib:

"Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmasların tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib".

Tarix: 22 Oktyabr 2020, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin