BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident 2 saylı DOST mərkəzinin açılışında iştirak etdi

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.

 

Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşüb.

 

 

Fotoları təqdim edirik
Tarix: 24 Dekabr 2019, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin