BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan üçün hər şey bitib”

“Artıq bu savaşda Ermənistan üçün hər şey bitib, Paşinyanın dünənki çağırışı da bundan xəbər verir”.

 

Pravda.az xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

 

Partiya rəsmisi Ermənistan cəmiyyətinin sosial-iqtisadi durumunun ağır olduğunu bildirib:

 

“Erməni milləti Ermənistandan başqa dünyanın hər yerində yaxşı yaşayır, maraqlı məqamdır. Dünya erməniləri “ofis” kimi işlətdikləri Ermənistanı öz absurd və axmaq idelogiyalarının, “Böyük Ermənistan” xülyalarının girovuna çeviriblər və indi bu “ofis-ölkə” bunun ağrısını, acısını yaşayır.

 

Ağılları olsa bunu anlaya, üç addım önü görməyə başlaya, Cənubi Qafqazın bir parçasına çevrilib normal yaşayarlar. İşğalçı və sarsaq siyasətlərindən əl çəksələr, gələcəkdə Cənubi Qafqazın inkişaf etmiş ölkəsinə çevrilə bilərlər. Azərbaycanın və Türkiyənin iqtisadi gücü Ermənistana da bəs edər, kiçicik iqtisadiyyatlarını dirçəltmək çətin deyil, təki adam olsunlar, özlərinə yazıqları gəlsin, gələcəklərini məhv etməsinlər.

 

Hər şey artıq bitib, Paşinyanın dünən “30 nəfərlik qruplar yaradın, özünüzə komandir seçin, gedin döyüşün” deməsi, 1945-ci ilin aprel ayında Hitlerin əli əsə-əsə gənc, hətta uşaq olan almanlara, “Hitler-Jugend” üzvlərinə medal taxıb ölümə göndərdiyi mənzərəyə çox oxşayırdı”.

Tarix: 22 Oktyabr 2020, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin