BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstan “qırmızı” zona elan olundu

“Gürcüstan koronavirus infeksiyasının yayılması baxımından “narıncı” zonadan “qırmızı” zonaya keçib”.

 

Pravda.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

 

O, Gürcüstanda yoluxmanın pik dövrünün noyabrın ikinci-üçüncü həftəsində yaşanacağını deyib.

 

Mərkəz rəhbərinin sözlərinə görə, ölkədə testləmə üzrə yaxşı göstərici əldə olunub:

 

“Milyon nəfər əhaliyə 213 min test düşür. Hər gün ölkə üzrə 10 minə yaxın test aparılır ki, bu da pandemiya şəraitində yaxşı göstərici hesab olunur”.

Tarix: 23 Oktyabr 2020, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin