BURADA REKLAMINIZ OLA
BİLƏR

"Düşmənin sonuna az qalıb, qalib gələcəyik"

"Bu gün hamımız sevinirik. Əlbəttə, Ordumuzun şanlı qələbələrinə, hər gün kənd, qəsəbə, şəhərlərimizin azad edilməsinə sevinməmək mümkünsüzdür. Bu sevincimizin davamlı olmasını arzulayıram. Bununla belə, biz ayıq-sayıqlığımızı itirməməli, hansı hiyləgər, namərd, quduz düşmənlə üz-üzə durduğumuzu da unutmamalıyıq".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, istənilən müharibədə, qələbələrdə bu, birinci şərtdir: "Ona görə də rəsmilərin xəbərdarlıqlarına diqqətli yanaşmalı və əməl etməliyik. Bu namərd düşmənin terror sahəsində peşəkar olduğunu, əvvəllər şəhərlərimizdə terror aktlarını törətdiyini bir dəqiqə belə unutmamalı və çox diqqətli olmalıyıq. Hər şübhəli məqamda hüquq-mühafizə orqanlarını xəbərdar etməliyik. Çox vacib səbəb olmadan evlərimizi tərk etməyək. Düşmənin sonuna az qalıb, birlikdə qalib gələcəyik!"

Tarix: 23 Oktyabr 2020, 19:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin