BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sabah daha çox sevinəcəyik" - AÇIQLAMA

"ABŞ-da görüş başa çatdı, gözlənilən kimi heç bir sənəd imzalanmadı, imzalanması mümkün də deyildi: 1) Rusiya kənarda hansısa sənədin imzalanmadını istəmir - istəməzlər, lap yaxşı, mane olmasınlar, biz də kənarda sənəd imzalamayaq, 2) Bu görüş ABŞ seçkilərinə hesablanıb deyə zatən görüntü üçün idi ki, ABŞ da işin içindədi, Tramp bu işlə məşğuldu. Amma Ağ Ev Qarabağ məsələsində həm də ona görə aktiv deyil ki, zatən Kaliforniya ştatı Demokratlara səs verir - bir neçə on min erməni səsi bir şey həll etmir, o zaman nədən dərinə gedib Azərbaycanla, Türkiyə ilə aranı pozsun ki?! Tramp bu məsələdə də daha praqmatik davranır, 3) Ermənistan tərəfinin indi ən çox istədiyi odur ki, 3-5 gün savaş dayansın, bunlar silah-sursat, canlı qüvvə toplayıb hücuma keçib Hadrutu, ya da başqa işğaldan azad edilmiş böyük şəhər, və ya qəsəbənin birini yenidən işğal edib sınmış dirənişlərini bir az bərkitsin, mənəvi çöküş yaşayan ordusunu və xalqını ayaqda tutmağa çalışsın, amma görünın odur ki, öz axmaq siyasətləri və Azərbaycanın "de-facto" bağladığı ittifaqlar, doğru xarici siyasət, güclü Ordu onları ortada tək qoyub".

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, bu gün Azərbaycanın həm hərbi, həm mənəvi, həm hüquqi, həm diplomatik üstünlüyü, həm də Dövlət-Xalq-Ordu birliyi Qələbənin təminatına çevrilib: "Allah Əsgərimizi və Ordumuzu qorusun! Yağı düşmən o qədər torpaq işğal edib ki, azad etməklə bitmir, amma yaxın günlərdə tam bitəcək, bu gün də sevindik, sabah daha çox sevinəcəyik!"

Tarix: 23 Oktyabr 2020, 23:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin